Konstitusiya ictimai proseslərin siyasi-hüquqi kontekstdə tənzimlənməsini təmin edir

18:17 - 5 Fevral 2018 - KİVDF

O sabitlik şəraitində davamlı inkişafı təmin etməyə, müstəqil dövlətimizin demokratik inkişaf hədəflərini müəyyənləşdirməyə xidmət edir

 Bu gün ölkəmizdə Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev dövlətçilik kursunu uğurla davam etdirir. Ölkədə cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən islahatlar aparılır və hakimiyyətin bütün qolları bu prosesdə fəal iştirak edir. Bütün bunlar, həmçinin milli səviyyədə formalaşmış əlverişli ictimai, siyasi, hüquqi və iqtisadi mühit gənc Azərbaycan dövlətinin parlaq gələcəyinə olan inamı daha da artırır. Bu gün, doğrudan da, hər bir azərbaycanlının fəxrlə öyünə biləcəyi ali qanunu - Konstitusiyası var. Konstitusiya müasir dövlətçiliyimizdə öz funksiyasını yerinə yetirərək  ictimai proseslərin siyasi-hüquqi kontekstdə tənzimlənməsini təmin edir. Azərbaycan Respublikasında məhz ictimai-siyasi münasibətlərin qaydaya salınması, sosial-hüquqi sferada müvafiq islahatlar proqramının həyata keçirilməsi, konstitusion münasibətlərin sabit inkişaf dinamikası ölkədə uğurla irəli getməkdədir. “Azərbaycan Respublikasında həyata keçirilən hüquqi islahatlar ictimai proseslərin və münasibətlərin normal tənzimlənməsi faktı ilə uzlaşır və onu zəruri edir. Bu istiqamətdə yürüdülən siyasət Ümummilli lider Heydər Əliyev ənənələrinin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyev tərəfindən xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir”,- Milli Məclisin sədr müavini Əli Hüseynli bildirib. Onun sözlərinə görə konstitusiyaa əlavə və dəyişikliklər hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların davamıdır. Bu gün Azərbaycan Konstitusiyasını dünyada ən mütərəqqi, insan hüquq və azadlıqlarına hörmət edən və onu təmin edən konstitusiyalardan biridir. Dünyanın heç bir konstitusiyasında 47-yə yaxın maddənin insan hüquq və vətəndaş azadlıqlarının təminatına həsr olunmayıb. Maddə 24-dən başlayaraq burada bərabərlik, mülkiyyət , şəxsi toxunulmazlıq, tətil, fikir və söz azadlıqlarının, müraciət etmək, birləşmək hüquqları və.s konstitusiyada əks olunub. Konstitusiya son dəyişikliyində 68-ci maddədə zərərin ödənilməsini tələb etmək hüququna yeni bir bənd salındı. Bu da vətəndaşlarımızın müəyyən hüquq və azadlıqlarının təminatına yönəlmiş bir bənd idi.  Konstitusiyaya irəli sürülən dəyişikliklərdə başqa bir vacib məsələ parlamentin səlahiyyətlərinə aid idi. “Parlamentdə deputat statusundan məhrum olunma məsələsi onsuz da Azərbaycan Respublikasının Konstitusiyasında, o cümlədən deputat statusu haqqında Qanunda və parlamentin daxili nizamnaməsində öz əksini tapıb. Yəni kobud şəkildə etik normaların pozulması nəticəsində deputat statusundan məhrumolunma proseduru mövcuddur. Lakin parlament seçkili orqan olduğuna görə bu kimi məsələlərin bilavasitə Konstitusiyada öz əksini daha konkret şəkildə tapması çox vacib idi.

O cümlədən dövlət idarəçiliyinin iflic olunmasının qarşısının alınmması böyük aktuallıq daşıyırdı. Məsələn, Nazirlər Kabinetinin hesabatlarının, Prezident tərəfindən təqdim olunan Konstitusiya Məhkəməsinin, Mərkəzi Bankın üzvlərinin təqdimatının parlamentdə bir ildə iki dəfədən artıq qərəzli şəkildə təsdiq edilməməsi, təbii ki, ölkəni iflic vəziyyətinə gətirib çıxardar, idarəetmə sistemini pozar. Əgər ortada qərəzçilik varsa, bunun qarşısına sədd çəkən prosedur olmalıdır. Konstitusiyaya təklif olunan dəyişikliklərdə göstərilir ki, hər kəs öz məsuliyyətini dərk etsin, bilsin ki, ölkəni iflic vəziyyətinə gətirib çıxartmaq olmaz”. Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə,  yuxarıda deyilənlər baxımından Konstitusiyaya təklif olunan son əlavələr, dəyişikliklər, həqiqətən də, zərurətdən, ölkədə və dünyada baş verən proseslərdən irəli gəlirdi. “Hesab edirəm ki, Azərbaycan xalqı, Azərbaycan ictimaiyyəti təqdim olunan əlavə və dəyişiklikləri qəbul etməklə həm ölkəmizin ali sənədinin təkmilləşdirilməsinə, həm də respublikanın inkişafına, daha səmərəli idarə olunmasına öz töhfəsini verib”. 

Millət Vəkili Cingiz Qənizadə isə bildirib ki, yeni dəyişikliklərdən biri 98- ci maddədə əks olunduğu kimi, Milli Məclisin prezident tərəfindən buraxılması məsələsi idi. “Cənab prezident hansı hallarda bunun olacağını müəyyən edib. Burada Nazirlər Kbinetinə etimadsızlıq il ərzində iki dəfə olarsa, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin və Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisiini buraxır”.

Millət vəkili bildirib ki, Nazirlər Kabineti, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Mərkəzi Bank mühüm dövlət orqanlarıdır. Əgər onların kollegial işi Milli Məclisə təqdim edilən namizədlərin təsdiqi ilə pozulacaqsa, artıq bu o dövlət orqanlarının işinin iflici deməkdir. “Belə olan halda Milli Məclis tərəfindən bu kimi orqanların işini iflic edə biləcək qərarların qəbulunda parlament təkidli olarsa, o zaman prezident tərəfindən Milli Məclisin buraxılması yeni layihədə öz əksini tapır. Eyni zamanda Konstitusiyanın 94 və 95- ci və 96- cı maddəsinin 4 və 5-ci hissələrində, 97- ci maddəsində göstərilən maddələri aradan qaldıra bilmədikdə də Milli Məclis buraxıla bilər. Bunlar ümumi qaydaların, həlledici məsələlərin Milli Məclis tərəfindən həll edilməməsi, qanunvericilik təşəbbüsünün həyata keçirilə bilməməsi, qəbul olunmuş qanunların imzalanması üçün lazım olanda müddətdə Prezident Aparatına təqdim edilməməsidir. Bu onu göstərir ki, Mlli Məclis öz üzərinə düşən vəzifələri icra etmədikdə və ya bilərəkdən dövlət orqanlarının və məhkəmənin işini pozmağa yönələn qərarlar qəbul edərsə, onda prezident tərəfindən Milli Məclisin buraxılması labüd olur və bu da hesab edirəm ki, normaldır”.

Beləliklə, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarıldı. Referendum, heç şühbəsiz, ölkənin demokratik, hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu və həyata keçirilən Konstitusiya islahatları ölkədə vətəndaş cəmiyyəti quruculuğu prosesini daha da sürətləndirdi. Əli Hüseynli deyib: “Bu gün böyük qürur hissi ilə söyləyə bilərik ki, möhkəm hüquqi bazaya malik olan Azərbaycan Respublikasının Konstitusiyası hələ uzun illər Azərbaycan Respublikasının sabitlik şəraitində davamlı inkişafını təmin etməyə, müstəqil dövlətimizin demokratik inkişaf hədəflərini müəyyənləşdirməyə, müstəqilliyimizi yaşatmağa qadirdi və Azərbaycan xalqına xidmət edir.

Bütün bunlar Konstitusiyanın səmərəli fəaliyyət göstərən əsas hüquqi sənəd olması barədə fikri təsdiqləməyə imkan verir. Aydındır ki, ölkəmizdə hüquqi dövlət ideallarının tam bərqərar olunması üçün hələ çox iş görülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, bu gün çoxəsrlik demokratiya təcrübəsinə malik, inkişaf etmiş dövlətlər də həmin dəyərləri əldə etmək üçün uzun və mürəkkəb inkişaf yolu keçiblər. Bu mənada, Konstitusiyanın işlək mexanizm kimi fəaliyyət göstərməsi üçün görülən işlər bundan sonra da səylə davam etdiriləcək. Bu gün qarşıda duran əsas vəzifələrdən biri isə cəmiyyətin həyatını Konstitusiyanın tələblərinə uyğun qurmaq və onun tətbiqini, xüsusilə də ölkə ərazisində birbaşa hüquqi qüvvəsini təmin etməkdən ibarətdir. Bu məsələdə ölkədə hüquq qaydasının yaradılmasına məsul olan dövlət orqanları ilə yanaşı vətəndaş cəmiyyəti və hər bir ölkə vətəndaşı da yaxından iştirak etməlidir. Çünki ölkə əhalisinin fəal dəstəyi olmadan Konstitusiyanın daha səmərəli fəaliyyəti mümkün deyildir”.

 

Xəbər xətti