Azərbaycanda dollarlaşma səviyyəsi yenidən artır

Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2018-ci il yanvarın 1-nə 66,5% təşkil edib. Dekabrın əvvəlinə bu göstərici 68,99%, ötən il yanvarın 1-nə isə 79,63% olub.

 

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, cəmi depozit bazasında dollarlaşma dərəcəsi yanvar ayının 1-nə 72,4% olub. Keçən ay bu göstərici 72,08%, 2017-ci il yanvar ayının 1-nə isə 75,29% təşkil edib.

Kreditlərin strukturunda isə dollarlaşma dərəcəsi 2018-ci il yanvarın 1-nə 40,86% təşkil edib. Dekabrın 1-nə dollarlaşma dərəcəsi 40,63%, ötən ilin əvvəlinə isə 47,32%-ə bərabər olub.

Tarix
3 Fevral 2018 [21:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin