Ana səhifə
22 May 2018

Deputatlar bazarlarda qiymətlərə görə monitorinq keçiriblər-FOTOLAR

Milli Məclisin deputatları bu gün Gəncə şəhər bazarlarında qiymətlərlə bağlı monitorinq keçiriblər.

 

“Report” xəbər verir ki, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə və Naqif Həmzəyev “Grand Qafqaz” ticarət kompleksində olub, burada yaradılan şəraitlə maraqlanıblar.

Onlar ticarət kompleksinin mağazalarını gəzib, satıcılar, alış-veriş üçün bura üz tutan şəhər sakinləri ilə səmimi söhbətlər aparıblar. Sakinlər ticarət mərkəzindəki səliqə-sahmandan, göstərilən xidmətdən razılıq edərək bildiriblər ki, daha alış-veriş edərkən əsəb gərginliyi, vaxt itkisi deyil, göstərilən xidmətlərdən məmnunluq hissləri keçirirlər. Vurğulayıblar ki, kompleksin “Gəncə səbəti” adlanan hissəsində hər cür ərzaq və qeyri-ərzaq məhsullarını tapmaq mümkündür.

Ümumi ərazisi 20 hektar, tikinti altı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik “modul” tipli beş “Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb. Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kvadratmetr sahədə 2 min 500, o cümlədən meyvə-tərəvəz məhsulları üçün 2 min, ət və süd məhsulları üçün 500 satış yeri yaradılıb.

Tarix
4 Fevral 2018 [09:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin