Hakimiyyət və pul: Kim özünü ölkəsinin əsginazlarında əbədiləşdirib

14:48 - 1 Fevral 2018 - MARAQLI

Rusiya Mərkəzi Bankı “Avanti” assosiasiyasının Vladimir Putinin təsvirinin əsginazlarda çap olunması təklifinə cavab verib.  Mərkəzi Bank bu təklifdən imtina edib və bunu Rusiya Mərkəzi Bankının əsginazlarında ölkənin fəaliyyətdə olan siyasi və ictimai xadimlərinin təsvirlərinin istifadə olunmaması ilə bağlı mövcud ənənə ilə əlaqələndirib. 

Bəs, hansı ölkədə bu cür “mövcud ənənə” yoxdur və olmayıb, onların liderləri əsginazlarda çap olunub.

II HİSSƏ

Kim İr Sen

«KXDR əbədi prezidenti»  Kim İr Sen Şimali Koreyanın milli valyutası vonı 2014-cü ilədək bəzəyib. İlk dəfə onun təsviri 100 nominallı vonda hələ həyatda olduğu dövrdə- 1978-ci ildə peyda olub. Əsginazın arxa tərəfini isə onun Pxenyan yaxınlığındakı evi bəzəyib. 1992-ci ildə təsvir dəyişdirilib-Kim İr Senə bu dəfə kitel əvəzinə, pencək geyindirilib. 2002-ci ildən isə onun portreti 1000 və 500 nominallı əskinazlarda meydana çıxıb 2008–2009 illərdə Şimali Koreyada yeni 5000 von dövriyyəyə buraxılıb və portret yenidən dəyişdirilib- bu dəfə Kim İr Sen gülər vəziyyətdə təsvir olunub. Kim İr Cen Şimali Koreya dövlətinin yaradıçısıdır və ölkəyə 1948-ci ildən 1994-cü ilədək rəhbərlik edib. O dünyanın ən qəddar diktatorlarından biri kimi Ginnesin Rekortlar Kitabındadır. 1966-cı  ildə ölkədə ilk telekanal olan Uriminzokkirinin yaradılmasına dəstək verib. Ölkədə güclü hərbi sistem yaradıb. Onun hakimiyyəti dövründə şəxsiyyətə pərəstişin əsası qoyulub və bu gün də fəaliyyətdədir.

Şimali Koreya dövlətinin təsisçisi Kim İr Sen (əsil adı Kim Son Çju) 1912-ci ildə Pxenyan şəhəri yaxınlığında dünyaya gəlib, ailəsi ilə birlikdə Cinə mühacirət edib. 1930-cu illərin əvvəlində Şimali Koreyanın gələcək rəhbəri Çin Kommunist partiya sıralarına daxil olub. Bu fakt 1950-ci ildən etibarən Şimali Koreya nəşrlərindən çıxarılıb. 1930-cu illərdə Kim İr Senr Mancuriyada anti-yapon hərəkatına qoşulub və o, tədricən tanınmış partizan komandirlərindən birinə çevrilib. Lakin 1940-cı ildə yaponların təzyiqinə tab gətirməyərək sərhədi keçərək Sovetlər İttifaqına keçib. Onun qaçaq düşməsindən az əvvəl isə Kim İr Sen yaponlara qarşı mübarizə aparan koreyalı qızla tanış oldu. Onun adı Kim Çon Suk idi. Kim Çon Suk 1919-cu ildə Hveryon (Şimali Koreya) şəhərində dünyaya gəlib. Lakin uşaq ikən Kim Çon Sukun ailəsi Kim İr Senin ailəsi kimi vətənini tərk edərək Mancuriyada yaşamağa başlayıb. Əksər kənd qızları kimi o da, təhsil almayıb. Böyük ehtimal ki, Kim Çon Suk partizan dəstəsində savada yiyələnib. Bundan əlavə, ölkənin birinci xanımı olacaq Kim Çon Suku Koreya əhalisi mehriban, gülərüz, işgüzar insan kimi tanıyıb.

Bütün bunlara baxmayaraq, Kim İr Sen və Kim Çon Sukun rəsmi nikahı olmayıb. Burada təəccüblü bir şey yoxdur: partizan dəstələrində nikah böyük əhəmiyyət daşımayıb. Gənc partizanların ailə həyatı SSRİ tərəfə keçdikdən sonra başlayıb. Orada Kim İr Sen Sovet ordusunda kapitan rütbəsi alıb. Xabarovsk şəhəri yaxınlığında Kim Çon Suk və Kim İr Sen ailəsində ilk övlad dünyaya gəlib. Onlardan biri gələcəyin dahi rəhbəri, general Kim Sen İr idi. Uşağı rus adıyla çağırırdılar: körpəyə Yura deyirdilər. Kim Sen İrin qardaşı isə uşaq ikən bədbəxt hadisə nəticəsində həlak olub.

1945-ci il sentyabrda Kim İr Sen vətəninə qayıdıb tezliklə formalaşmaqda olan Şimali Koreya dövlətinə rəhbərlik etməyə başlayıb. Pxenyanda Kim Çon Suk bir daha uşaq dünyaya gətirib: qız uşağına Kim Kyon Hi adını qoyublar. Gələcəkdə Kim Sen İrin bacısı Şimali Koreya tikiş sənayesinə başçılıq edib, ordu generalı adına layiq görülüb. Lakin rəhbərin bacısı 2013-cü ilin dekabrında qardaşı nəvəsi Kim Sen Inın əmri ilə onun əri və eyni zamanda Mərkəzi Kommunist partiyasının katibi Çan Son Txeki güllələtdirdikdən sonra özü də siyasi arenadan yoxa çıxıb.
1949-cu ildə Kim Çon Suk doğuşu zamanı vəfat edib. 1950-ci ilin əvvəlində Kim İr Sen ikinci dəfə ailə həyatı qurub. Onun ikinci arvadı olan Kim Son E ya maşinist, ya da telefonçu olub. O dövlət rəhbərindən 4 uşaq dünyaya gətirib.
1970-ci illərin əvvəllərində Kim İr Sen sosialist ölkəsində hakimiyyətin irsi keçməsinin əsasını qoyub. Onun yerinə qaydaya uyğun olaraq böyük oğlu Kim Sen İr gəlib. Kim Sen İr hakimiyyətə gələr-gəlməz bütün potensial rəqiblərini neytrallaşdırıb. Kim İr Senin ikinci arvadından olan bütün uşaqları xaricə göndərilərək onlara diplomatik vəzifələr verib. Bununla da, onun ögey bacı və qardaşları hakimiyyət uğrunda gedən intriqadan kənar qalıb. 
Hazırda hakimiyyətdə Kim İr Senin nəvəsi, Kim Sen İrin oğlu Kim Sen Indır.

Səddam Hüseyn

Səddam Hüseynin portreti olan ilk sikkə 1979-cu ildə, o, İrak prezidenti olandan sonra zərb edilib. 1986-cı ildə rəhbərin portreti 25 dinarlıq əsginazı bəzəyib. Portretin yanında isə Kadis döyüşündə (təqribən 2 dekabr 636-cı il) düşmən-farsları məğlub etmiş ərəb döyüşçüləri yer alıb. Ötən əsrin 90-cı illərdə isə Səddam Hüseynin portreti praktiki olaraq bütün nominallarda-5-dən 10 minədək nominallarda əks olunub. Hüseyn 2003-cü ildə devrildikdən sonra İraq valyutası dəyişdirilməyə başlanıb və bu proses 15 yanvar 2004-cü ilədək davam edib. Bundan sonra Hüseynin təsviri olan əsginaslar dövriyyədən çəxarılıb.

Hüseyn 1979-cu ildən 2003-ci il İraq prezidenti olub. O, ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələri tərəfindən hakimiyyətdən devrilb. Amerika İraqı işğal etmədən bir neçə həftə əvvəl Səddam Hüseyn Corc Buşu televiziyada mübahisəyə dəvət etsə də ABŞ Prezidenti bu təklifi rədd edib. Səddam Hüseyn 3 dekabr 2003-cü ildə həbs edilərkən dediyi ilk sözlər bunlar olub: "Atəş açmayın! Atəş açmayın! Mən İraqın prezidenti Səddam Heseynəm. Atəş açmayın!”. 

 Onu sorğu-suala tutmaq Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Con Niksona tapşırılıb. Nikson 1998-cu ildə CIA-ya qatıldığı gündən bəri Səddam Hüseyn haqqında araşdırma aparıb. 2011-ci ildən qurumdan ayrılan Nikson hazırda dünya liderlərinin analizləri ilə məşğuldur. Səddam Hüseyn ABŞ əsgərləri tərəfindən yaxalanan zaman o da İraqda olub. İraq lideri müəyyən etmək vəzifəsi də Niksona həvalə edilib. S.Hüseynin o zamanlar çox sayda bənzərinin olduğunu deyən CİA kəşfiyyatçısı "onu gördüyüm anda ağlımda bir şübhə belə qalmadı", deyə bildirib.  "Danışmağa başlayanda illərlə masamda olan kitabın üz qabığındakı baxışlarını gördüm. Dünyanın ən çox axtarılan insanını sorğu-sual etmək inanılmazdır".
"Prezidenti sorğulamaq: Səddam Hüseynin sorğusu" adlı kitab da yazan Nikson onu gördüyü ən xarizmatik insan adlandırıb. Belə ki, Səddam istədiyi zaman xoş rəftar, incə, komik insan ola bilirdi. "Daha çox qaranlıq üzünü göstərirdir. Qaba, kinli, ədəbsiz, əsəbləşəndə isə qorxunc".

Nikson beş il o zamankı ABŞ prezidenti Corc Buşlaə görüşə dəvət edilməyib. Ancaq 2011-ci ildə o bu şansı qazanıb. Həm Buş, həm də Səddamın əlini sıxan nadir insanlardan olan casusun ABŞ prezidenti haqqında xatirələri də heç də ürəkaçan deyil. Nikson deyib: “Corc Buşdansa Səddan Hüseyblə zaman keçirməyə üstünlük verərdim"
Sorğusu zamanı İraq lideri balaca bir otaqda saxlanılıb. Onun yanında Nikson, yalan maşınının operatoru və tərcüməçidən başqa heç kim olmayıb. ABŞ və İngiltərə İraqa hücumu ölkədə kütləvi qırğın silahlarının olması ilə əsaslandırmışdı. Ağ Evin də bilmək istədiyi məhz bu idi. Amma Nikson S.Hüseyn və müşavirləri ilə görüşlər zamanı İraqın nüvə proqramını illər öncə tərk etdiyini və bir daha qayıtmaq niyyətlərinin olmadığını müəyyən edib. Məhz bu da onun və yoldaşlarının işinin "uğursuz" adlandırılmasına səbəb olub. 

Asılmadan öncə  Səddam Hüseynə verilən "qorxursanmı?" sualına bu şəkildə cavab verib: "Həyatım boyu heç nədən qorxmamışam. Mücahid kimi yaşamışam və ölümü hər zaman gözləmişəm".

Qeyd edək ki. Səddam Hüseyn beynəlxalq terrorçuluğu dəstəkləməkdə, kütləvi qirğın silahı hazırlamaqda ittiham olunub. Bunu sübut edən dəlil isə bu günədək təqdim olunmayıb. Hüseyn 30 dekabr 2006-cı ildə edam edilib. Onun edamı televiziya ilə göstərilib.

(ardı var)

Xəbər xətti