Ana səhifə
19 Avqust 2018

Mikayıl Cabbarov icra başçısının oğlunu işdən qovdu

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu Vergilər Nazirliyində tutduğu vəzifədən azad olunub.

 

Ucnoqta.az” xəbər verir ki, Elnur İsgəndərov öz ərizəsi ilə vəzifəsini tərk edib.

 

Qeyd edək ki, mayor (kiçik vergi xidməti müşaviri) rütbəsi verilən Elnur İsgəndərov, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsində çalışırdı.  

 

O, həmin vəzifəyə 2016-cı ilin iyun ayında sabiq Vergilər Naziri Fazil Məmmədov tərəfindən təyin edilmişdi. Elnur İsgəndərov Fazil Məmmədovun bacısı oğludur.

 

Xatırladaq ki, Fazil Məmmədov vəzifəsindən azad edildikdən sabiq nazirə yaxınlığı ilə seçilən şəxslər işdən çıxarılır. 

 

 

Missiya.az

Tarix
1 Fevral 2018 [12:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin