Əfqanıstanda 6.1 bal gücündə zəlzələ

12:51 - 31 Yanvar 2018 - DÜNYA

Əfqanıstanın şimal-şərqində zəlzələ baş verib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzindən verilən açıqlamaya əsasən yeraltı təkanlar 6.1 bal gücündə hiss edilib.
 

Yeraltı təkanlar paytaxt Kabulun 272 km şimali-şərqində səhər saatlarında qeydə alınıb. Zəlzələ ocağı 188 km dərinlikdədir.
 

Dağıntılar və itkilər barədə məlumat yoxdur. Qeyd edilir ki, yeraltı təkanlar Özbəkistanın, Pakistanın və Hindistanın şərqində də hiss edilib.

Xəbər xətti