Ana səhifə
23 May 2018

21 ölkənin lideri Koreyaya TOPLAŞIR

Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarını izləmək üçün 21 ölkənin və bir neçə beynəlxalq təşkilatın rəhbər şəxsləri Cənubi Koreyaya səfər edəcək.
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, onlardan 16 nəfəri isə açılış mərasiminə qatılacaq.
 
“Pxençan-2018”in təşkilat komitəsi bildirib ki, rəhbər şəxslər arasında BMT-nin baş katibi Antonio Quterreş, Almaniya prezidenti Frank-Valter Ştaynmayer, Yaponiyanın Baş naziri Şinzo Abe, ABŞ-ın vitse-prezidenti Mayk Pens, İsveç kralı Karl Qustav, İsveçrə prezidenti Alain Berset, habelə Sloveniya, Polşa, Slovakiya, Litva, Estoniya və Latviyanın dövlət başçıları, Norveç, Danimarka, Lixtenşteyn və Finlandiyanın baş nazirləri, Monako knyazı, Danimarkanın şahzadə vəliəhdi, Kanadanın general-qubernatoru və digərləri var.
 
Qeyd edək ki, “Pxençan-2018” Qış Olimpiya Oyunları fevralın 9-25-də keçiriləcək. Bu, Cənubi Koreyanın ev sahibliyi etdiyi ilk Qış Olimpiya Oyunları, ümumilikdə isə ikinci Olimpiya Oyunlarıdır. Paytaxt Seulda 988-ci ildə Yay Olimpiya Oyunları təşkil edilmişdi.

Tarix
31 Yanvar 2018 [01:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin