Useyn Bolt CAR komandası ilə məşq edib - VİDEO

23:19 - 30 Yanvar 2018 - DÜNYA

 Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sundaunz" klubunun məşqində iştirak edib.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, artıq idmançı karyerasını başa vurmuş yamaykalı sprinterin səfəri ortaq sponsor şirkətinin təşəbbüsü ilə gerçəkləşib.
Hər zaman futbola sevgisini bəyan edən Bolt CAR Premyer Liqasının lideri ilə məşq edib. Hazırlıq prosesində "Qarabağ"a transferi gündəmdə olan zambiyalı hücumçu Xama Billiat da yer alıb.

Bolt məşqdən sonra keçirdiyi mətbuat konfransında futbol oynamaq üçün öz fiziki hazırlığı üzərində çalışmasının vacibliyini bildirib. O, komanda üzvlərinin mehriban münasibətini və məşqin şən keçdiyini vurğulayıb.

Qeyd edək ki, Useyn Bolt 2017-ci il dünya çempionatından sonra karyerasını başa vurub. 

 

Xəbər xətti