FTB-nin ikinci şəxsi istefa verdi

00:45 - 31 Yanvar 2018 - DÜNYA

ABŞ Federal Təhqiqat Bürosunun direktorunun müavini Endryu Makkeyb istefa verib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Trampın tez-tez tənqid etdiyi Makkeyb 2016-cı ilin prezident seçkilərində Hillari Klintonu dəstəkləyirdi.

Direktor müavininin təzyiqlərə dözməyərək istefa etmək barədə qərar qəbul etdiyi açıqlanıb. Son dövrlərdə Trampın tənqid atəşinə məruz qalan Makkeyb mart ayında vəzifədən gedəcək.

Qeyd edilir ki, Makkeyb mart ayında pensiyaya çıxacaq. Respublikaçılar isə Makkeybi Hillari Klinton haqqında gedən istintaqdan nəticə çıxarmamaqda ittiham edirlər.

Xəbər xətti