Ana səhifə
21 Avqust 2018

Azərbaycan "Dünyanın ən yaxşı ölkələri" siyahısında 5 pillə irəlilədi

ABŞ-ın "U.S. News & World Report" jurnalı 2018-ci il üçün "Dünyanın ən yaxşı ölkələri"nin siyahısını tərtib edib.

"Ucnoqta.az"ın APA-ya istinadən xəbərinə görə, Azərbaycan siyahıda 64-cü yerdə qərarlaşıb.

Ötən il reytinqdə 69-cu olmuş Azərbaycan bu göstərici ilə 5 pillə irəliləyib.

Siyahıya İsveçrə başçılıq edir.

Növbəti yerləri Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutur.

ABŞ 2017-ci ilə nisbətən bir pillə geriləyərək 8-ci olub.

Türkiyə ötən il olduğu kimi, bu il də siyahıda 36-cı sıradadır

Postsovet ölklərindən Rusiya siyahıda 26-cı, Latviya 59-cu, Ukrayna 69-cu, Qazaxıstan 70-ci, Belarus isə 72-cidir.

Digər postsovet ölkləri, o cümlədən Gürcüstan və Ermənistan 80 ölkənin yer aldığı siyahıya düşə bilməyib.

Tarix
24 Yanvar 2018 [00:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin