Ana səhifə
17 Dekabr 2018

“Neftçi” bunu gözləmirdi” - Bilyaletdinov

“Belə hesabla qalib gələsən və narazı qalasan, bu, düzgün olmaz. Əlbəttə, hesabdan razıyam. Oyuna gəlincə, 8:1-ə gətirib çıxaran qol imkanlarımızı artırmalıyıq”.

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın "OİK-Xabarovsk" klubunun baş məşqçisi Renat Bilyaletdinov bildirib.
 

Milliyətcə tatar olan təcrübəli mütəxəssis Antalyada “Neftçi”yə 8:1 hesabı ilə qalib gəldikləri yoxlama matçından komandasından çox razı qalıb: “Əlbəttə, istərdim ki, futbolçularımız standart vəziyyətlərdə həmişə belə yaxşı yararlansılar. Düzdür, topların həmişə müxtəlif künclərə daxil olacağına zəmanət vermək çətindi. Ancaq yetirmələrim göstərdi ki, bunu etmək mümkündü”.
 

Matçın güclü yağış altında keçməsi meydançanın qazonuna da öz təsiri göstərib. Bilyaletdinovun fikrincə, bu üzdən daha yüksək sürətdə, tempdə oynamalı olublar: “Qol buraxmağımız da əlavə müzakirə predmetidi. Bunu etmək faydalı hal olacaq. Bu qədər qol vurduqsa, yəqin ki, bu dəfə çox şey bizdə alınıb. Oyunun əvvəlində vurduğumuz ardıcıl qollar əvvəldən hazırladığımız ev tapşırıqlarının nəticəsi deyildi. Yenə də bol qollu startla başladıq və yəqin ki, rəqib bunu gözləmirdi. Əvvəlki matçda – “Tirana”yla oyunda rəqib qapıçı bizə “hədiyyə” etdisə, bu dəfə özümüz hər şeyi təşkil etdik. Gəlin, rəqibimizlə bağlı danışmayaq. Ola bilər ki, hazırlıq mərhələsində ağır yükləmələr gedir və ya yeni kollektiv yığılıb, anlaşma yoxdu. Ancaq biz daha sürətli oynayırdıq və bu, belə üstünlüyümüzü müəyyənləşdirdi”.

 
Xatırladaq ki, Xabarovsk təmsilçisi debütantı olduğu Rusiya Premyer Liqasının autsayderidi. 

Tarix
23 Yanvar 2018 [11:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin