Bakıdan “Dünyaya məxsusi baxış” - FOTO

23:33 - 22 Yanvar 2018 - Cəmiyyət

Bakıda “Dünyaya məxsusi baxış” adlı layihənin təqdimatı keçirilib. Layihə Azərbaycan Respublikası Prezidentinin Yanında Gənclər Fondnun C kateqoriyası üzrə X qrant müsabiqəsi nəzdində  maliyyə dəstəyi ilə baş tutub. Layihə rəhbəri Lalə Mehdiyeva bildirib ki, əsas məqsəd gənclərin əlavə istedadını üzə çıxarmağa dəstək olmaqdır: “Layihə çərçivəsində gənclərin əl işindən ibarət 2 günlük sərgi təşkil edilib. Biz istəyirik ki, bu cür bacarığı olan gənclər öz istedadlarını üzə çıxarsınlar. Həvəsdən düşməsinlər. Çünki, incəsənət də, insanı düşündürən və iç dünyasını aşılayan bir peşədir. Bu cür istedadlar fitri istedadlardır. Hansı ki, bu hamıda olmur. Mən də, fərdi gənc olaraq, çalışmışam ki, gənc istedadlara dəstək olum”.
Daha sonra çıxış edən Prezident Yanında QHT-lərə Dəstək Şurasının Müşahidə Şurasının üzvü Nərgiz Xələf bildirib ki, layihə cəmiyyət və gənclər üçün çox böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, ən böyük təşəkkür b cür layihələrə dəstək verdiyi üçün Gənclər Fonduna düşür: “Çox sevindirici haldır ki, ölkəmizdə bu cür fond fəaliyyət göstərir. Bu artıq Azərbaycana məxsus bir brenddir. İncəsənət hər birimizin mənəvi qidalandığı bir dünyadır. Mən düşünürəm ki, b cür layihələrə də, yer vermək lazımdır ki, istdedlı gənclərimiz bundan töhfələnsinlər”.
Daha sonra isə sərgidə əl işləri təqdim edilən Məmmədzadə Mahmud, Axndova Cəmilə, Məmmədova Nurlana, Əhmədzadə Məryəm çəkdikləri əl işləri haqqında sərgi iştirakçılarını ətraflı məlumat veriblər. 
Qeyd edək ki, sərgi 2 gün davam edib.


Xəbər xətti