Ana səhifə
22 May 2018

Türkiyənin baş naziri: "Zeytun budağı"nda indiyədək heç bir itkimiz yoxdur”

“İndiyədək heç bir itkimiz yoxdur”.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım əsas müxalifət təşkilatı, Cümhurriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə 50 dəqiqlik görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında “Zeytun budağı” əməliyyatı haqqında danışarkən bildirib.

“İndiyədək heç bir itkimiz yoxdur. Ancaq Kilisdə dislokasiya olunan hərbçilərimizə açılan təxribatçı atəş nəticəsində bir əsgərimiz yüngül yaralanıb. Afrində yaşayan ərəb, türkmən, kürd və başqa etnik qrupların yerli sakinlərini PKK, İŞİD terror qruplaşmalarının təzyiq və işgəncələrindən qurtarmaq istəyirik”, - B.Yıldırım vurğulayıb.

K.Kılıçdaroğlu deyib ki, baş nazr Afrindəki hadisələrlə bağlı ona məlumat verib: “Türkiyənin sərhəd təhlükəsizliyi çox əhəmiyyətlidir”.

Tarix
22 Yanvar 2018 [17:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin