İcbari tibbi müayinə paketinə yeni xəstəliklər daxil edilə bilər

12:42 - 22 Yanvar 2018 - Xəbər

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib.

"Ucnoqta.az"-ın “Report”a istinadən xəbərinə görə, M.Quliyev deyib ki, bunun üçün Ailə Məcəlləsinə müvafiq əlavə və dəyişiklik edilməlidir.

O qeyd edib ki, müvafiq dövlət qurumları, o cümlədən Milli Məclis bu məsələni müzakirə etməlidir.

Qeyd edək ki, hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.

Xəbər xətti