Ana səhifə
28 May 2018

“Azərbaycan xalçaları” jurnalının 24-ci sayı nəşr olunub

 “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” jurnalı 24-cü sayı işıq üzü görüb.

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

“Azər-İlmə” Xalçaçılıq Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, jurnal “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışı, Sumqayıt Sənaye Parkında Əyirici-Boyaq Fabrikinin təməlqoyma mərasimi haqqında rəsmi materiallarla başlayır.

Görkəmli azərbaycanşünas-alim Yusif Vəzir Çəmənzəminlinin “Bizdə xalıçılıq”, t.ü.f.d. Könül İmamverdiyevanın “Bayraq tarixi yaddaşın daşıyıcısıdır” (Dövlət Bayrağı Muzeyi), t.e.n. Acap Bayriyevanın (Türkmənistan) “İslam dünyasının incəsənəti: islam mədəniyyətinin memarlığa və türkmən xalçalarına təsiri”, Mariya Filatovanın (Rusiya) “Dövlət Şərq Muzeyinin kolleksiyasında saxlanılan 1920-ci illərə aid Azərbaycan tikmələrində təsviri motivlər”, Robert Çensinerin (Böyük Britaniya), Səida Qarunovanın və Məmmədxan Məmmədxanovun (Dağıstan) “Azərbaycanın və Dağıstanın xalçalarında və tekstil nümunələrində əjdaha obrazları”, sənətşünaslıq doktoru Kübra Əliyevanın (AMEA Memarlıq və İncəsənət İnstitutu) “Azərbaycan ərazisində tunc və dəmir dövrlərinə aid keramika məmulatlarının təsnifatı və əsas bədii xüsusiyyətlərinə dair”, t.ü.f.d. Tahir Şahbazovun (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu) “XIX əsr Azərbaycan memarlığı və incəsənətinin bəzi məsələlərinə dair”, f.e.d. Gülmira Şalabayevanın (Qazaxıstan) “Xalçaçılıq bəşəri fenomen kimi”, sənətşünas Nərgiz Əskərovanın (Azərbaycan Dövlət Rəssamlıq Akademiyası) “Azərbaycanda xalçaların elmi bərpa və konservasiyasının təşəkkülü”, t.ü.f.d. Anar Ağalarzadənin, Əhliman Əbdürəhmanovun və Fərid Fərmanovun (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu) “Aşağı Ləki küp qəbirləri”, fil.ü.f.d. Nailə Əskərin (AMEA-nın Folklor İnstitutu) “İslam dünyasında oyun və idman”,  t.ü.f.d. Cavid Bağırzadənin (Gəncə Dövlət Universiteti) “Azərbaycanın Qarabağ bölgəsinin ilk orta əsrlər dövrü tarixi coğrafiyasına dair”, Bayram Quliyevin (Bakı Dövlət Universiteti) “Elxanilər  dövrü Azərbaycanın xəttatlıq və miniatür tarixinə qısa bir nəzər” və s. kimi müxtəlif mövzularda məqalələr dərc olunub.

Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.       

Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/Azerbaycan-xalcalari/2017N24/ ünvanında tanış ola bilərlər.  

Tarix
22 Yanvar 2018 [10:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin