Ana səhifə
18 Noyabr 2018

BMT baş katibi Kabildə hotelə edilən hücumu qınayıb

BMT Baş katibi Antoniu Quterriş Əfqanıstanın paytaxtı Kabildə "İnterkontinental" mehmanxanasına edilən və azı 18 nəfərin ölümü ilə nəticələnən hücumu qınayıb.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, o, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralılara tez sağalmalarını diləyib.

BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Tadamiçi Yamamoto isə öz növbəsində Kabildə hotelə edilən hücumun hərbi cinayət kimi qiymətləndiriləcəyini bildirib və Əfqanıstandakı münaqişənin bütün tərəflərini beynəlxalq humanitar hüquq çərçivəsində öz üzərlərinə götürdükləri öhdəliklərə əməl etməyə çağırıb.

Xatırladaq ki, silahlılar hotelə yanvarın 20-də axşam hücum ediblər. Mehmanxanadan bütün gecə boyu atışma və partlayış səsləri gəlib. Əfqanıstan səlahiyyətlilər tərəfindən verilən məlumata görə, uzun sürən əməliyyatdan sonra ekstremistlər məhv ediliblər. Son məlumatlara görə, terror hücumu nəticəsində azı 18 nəfər ölüb. Bəzi mənbələr isə hətta 40-dan çox ölünün olduğunu bildirir.

Ölən 18 nəfərdən 14-ü əcnəbi ölkə vətəndaşıdır. Onlar arasında 7 Ukrayna, eləcə də Almaniya, Yunanıstan, Qazaxıstan vətəndaşı var. Digərlərinin vətəndaşlıqları müəyyənləşdirilir.

Hücuma görə məsuliyyəti üzərinə "Taliban" terror təşkilatı götürüb.

Tarix
22 Yanvar 2018 [10:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin