Qazaxda 2 ədəd top mərmisi aşkarlanıb- Foto

15:03 - 19 Yanvar 2018 - Xəbər

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yanvarın 19-da Qazax rayonunun Alpout kəndi ərazisində əməliyyat keçirib.

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Qazax rayonu, Alpout kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunan ərazidə 1 otlaq sahəsinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 220 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.


Xəbər xətti