Ana səhifə
21 Avqust 2018

“Uduzmağımız bizə heç nə demir” - Qriqorçuk

“Bu oyun bizim üçün çox faydalı alındı".

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. "Qırmızı-qaralar" Antalya toplanışı çərçivəsində bu gün növbəti oyununun keçirib. İsveçrənin "Sürix" komandası ilə qarşılaşan əyalət təmsilçisi matçdan minimal hesablı yenilgi ilə ayrılıb.

Oyunla bağlı fikirlərini bildirən ukraynalı mütəxəssis komandada yorğunluq hiss olunduğunu bildirib: "Toplanışın yorğunluğu bu qarşılaşmada futbolçularda hiss olunurdu. Rəqib də elə komanda idi ki, bizim yaxşı məşq etməyimizə səbəb oldu. Keçirdiyimiz görüş hazırlıq proqramımızda faydalı bir məşq idi. İki il öncə 4:0 hesabı ilə qalib gəlib, indi uduzmağımız isə heç nə demir. Həmin görüşü artıq unutmuşuq”.
 
Qriqorçuk təlim-məşq toplanışının başa çatan ilk mərhələsini də dəyərləndirib: “Qazaxıstan təmsilçisi “Atırau” ilə yoxlama oyununda ikinci heyətə güvənib, əsasən gənclərə şans verməyi planlaşdırırdıq. Matçın keçirilməməsi onlar barədə məlumat ala bilməməyimizlə nəticələndi. Lakin ümumilikdə isə toplanışın bu hissəsi yaxşı, hətta çox yaxş keçdi. Hava şəraiti də bizə mane olmadı. Çox yaxşı çalışdıq”.

Tarix
18 Yanvar 2018 [09:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin