Ana səhifə
20 Avqust 2018

Bakıda avtobus motosikletlə toqquşdu — Ölən və yaralanan var

Bakının Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, Binə qəsəbəsində baş vermiş avtoqəza zamanı motosiklet sərnişin avtobusu ilə toqquşub.
 
Məlumata görə, 2001-ci il təvəllüdlü Rauf Heybətovun idarə etdiyi motosikletdə bir sərnişin də olub. Binə qəsəbəsinə gedən yolda motosikletin 160 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusuna çırpılması nəticəsində onun sürücüsü R.Heybətov hadisə yerində dünyasını dəyişib, onun sərnişini - 2001-ci il təvəllüdlü Qurbanov Rövşən Vahid oğlu isə xəsarətlə xəstəxanaya çatdırılıb.
 
Qeyd edək ki, avtobusun altında sıxılmış vəziyyətdə qalmış motosikletin sürücüsünün meyitini çıxarmaq üçün əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Yol qəzasının təfərrüatlarını Xəzər polisi araşdırır.

Tarix
18 Yanvar 2018 [09:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin