Afinanın "qara günləri" başlayır, çünki...

12:57 - 11 Yanvar 2018 - DÜNYA

Yunanıstanın paytaxtı Afinada nəqliyyat işçiləri, dənizçilər və həkimlər yanvarın 12-də tətil elan ediblər.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, tətilə Yunanıstan Parlamentinin lehinə səs verməyə hazırlaşdığı qanun layihəsi səbəb olub.
 

Yeni qanun layihəsinə əsasən, sakinlərin tətil hüququ azaldılır və borclu şəxslərin evlərinin satışa çıxarılması üçün hərracların səlahiyyəti artırılır.
 

Cümə gününə nəzərdə tutulan tətil zamanı isə paytaxtda metro, tramvay və trolleybuslar işləməyəcək. Avtobus sürücüləri tətilə qoşulub-qoşulmayacaqlarını hələ müəyyən etməyiblər.
 

Məlumata görə, bundan başqa, gəmi səfərləri məhdudlaşacaq.
 

Həkimlər isə yalnız təcili hallarda xəstələri qəbul edəcəklərini bildiriblər.

Xəbər xətti