Əfqanıstanda 15 İŞİD-çi öldürülüb

13:47 - 8 Yanvar 2018 - DÜNYA

Əfqanıstanda hökumət qüvvələri ilə İŞİD terrorçuları arasında baş verən toqquşma zamanı 15 terrorçu öldürülüb, daha 20-si yaralanıb.
 
"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, bu barədə "TOLO News" telekanalı yerli hakimiyyət orqanlarına istinadən yayıb.
 
Telekanalın məlumatına əsasən, atışma ötən gecə ölkənin şimalında Kunar vilayətinin Çavki rayonunda baş verib.
 
Terrorçular təhlükəsizlik postlarına hücum ediblər. Döyüşlər zamanı həmçinin 3 polis ölüb və 13-ü yaralanıb.
 
Toqquşmanın davam etdiyi bildirilir. 

Xəbər xətti