Vərəm xəstələrinə 1080 lirə müavinət veriləcək

21:55 - 8 Yanvar 2018 - DÜNYA

Türkiyədə vərəm xəstələrinə dövlət tərəfindən əlavə dəstək veriləcək.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyi və Ailə Məsələləri və Sosial Siyasət Nazirliyinin birgə bəyanatında deyilir.
 

Bəyanata əsasən, hökumət tərəfindən vərəm xəstələrinə hər ay 1080 lirə müavinət veriləcək.
 

Həmçinin bildirilir ki, ölkədə vərəm xəstələrinə psixoloji dəstək məqsədilə xüsusi mərkəzlər yaradılacaq.
 

Qeyd edək ki, 2017-ci ildə Türkiyədə 12 417 nəfər vərəm xəstəsi qeydiyyata alınıb.

Xəbər xətti