"Qızıl qlobus"u onlar qazandı - ADLAR

09:30 - 8 Yanvar 2018 - DÜNYA

2017-ci il "Qızıl qlobus" mükafatı öz sahiblərini tapıb.

"Ən yaxşı dramatik film" üzrə bu mükafatı "Ebbinq, Missura sərhədində 3 bilbord" filmi qazanıb.

"Ledi Berd" filmi isə bu mükafatı qazanan "Ən yaxşı komediya filmi" olub.

"Ən böyük balaca yalan" filmi "Ən yaxşı mini-serial" kimi "Qızıl qlobus" qazanıb.

"Qızıl qlobus" mükafatını "Ən yaxşı qadın rolu"na görə Frensis Makdormand, "Ən yaxşı kişi rolu"na görə isə Qari Oldman əldə edib.

Qilermo del Toro isə bu mükafatı "Ən yaxşı rejissor" kimi qazanıb.

"Əcnəbi dildə ən yaxşı film" kimi "Qızıl qlobus" mükafatını Almaniya istehsalı olan film qazanıb.

Qeyd edək ki, bu mükafat 25 kateqoriyada təqdim edilir. "Qızıl qlobus"un ilk təqdimetmə mərasimi isə 1945-ci ildə baş tutub.
















//Trend//

Xəbər xətti