Kabildə partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

12:58 - 28 Dekabr 2017 - DÜNYA

Kabildə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb. 
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, hadisə zamanı 30 nəfər yaralanıb. 
 
Partlayışın baş verdiyi binada həm mədrəsə, həm “Əfqanıstanın səsi” informasiya agentliyinin ofisi yerləşir. 
 
Partlayışın İŞİD terror qruplaşması tərəfindən törədildiyi bildirilir.

Xəbər xətti