Gələn il Azərbaycanda Hind film festivalı keçiriləcək

Növbəti ilin ilk 2-3 ayı ərzində Azərbaycanda Hind film festivalı keçiriləcək.
 
"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib. 
 
Səfir bildirib ki, telejurnalist Namiq Qurbanın hazırladığı, bu gün təqdimatı keçirilən "Dharmendra - Məhəbbət Elçisi" adlı sənədli bioqrafik filmin hind dilinə tərcüməsi üzərində işlər aparılır və işlər yekunlaşdıqdan sonra keçiriləcək  təqdimat festivalın başlanğıcına zəmin yaradacaq.
 
Səfirin sözlərinə görə, festival çərçivəsində Hindistandan alınmış Azərbaycan dilinə keyfiyyətli tərcümə edilmiş hind filmləri nümayiş olunacaq: "Eyni zamanda Hindistanın  məşhur aktyorlarının da festivalda iştirakını təmin etmək üçün çalışacağıq".
 

Tarix
28 Dekabr 2017 [01:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2017-12-28 01:45:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin