İsraildən yeni qərar — "Ağlama Divarı" stansiyasına Trampın adı veriləcək

16:02 - 27 Dekabr 2017 - DÜNYA

İsrail hökuməti Qüdslə bağlı qərar qəbul edən ABŞ prezidentinin adını əbədiləşdirmək qərarına gəlib.


"Ucnoqta.az" xəbər verir ki, tarixi ərazidə inşa edilən qatar stansiyasına ABŞ prezidentinin adı veriləcək.
 

İsraildə nəşr edilən "Yediot Ahronoth" qəzeti Tel-Əviv hökumətinin yeni qərarı barədə xəbər yayıb.
 

Açıqlamanı nəqliyyat naziri Yisrael Katz verib. "Haaretz" qəzeti isə Qüdsdəki Qədim Şəhər bölgəsində inşa edilən qatar stansiyası barədə məlumat verib. Nazir bildirib ki, İsrail Qüdsü paytaxt kimi qəbul edən Trampa təşəkkür məqsədi ilə belə bir addım atacaq.

Xəbər xətti