Ana səhifə
19 Avqust 2018

Yeni nazirə müavin təyin edildi-Digər nazirlikdən

Azərbaycan Energetika Nazirliyində yeni təyinat olub.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, Vəliyev Samir Teymur oğlu energetika nazirinin müavini vəzifəsinə təyin edilib.

S.Vəliyev bu təyinata qədər İqtisadiyyat Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

S.Vəliyev 1962-ci ildə Bakıda anadan olub. 1984-cü ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetini beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq hüquq ixtisası üzrə bitirib. İqtisad elmləri namizədidir. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində, 1997-1999-cu illərdə Ticarət Nazirliyində, 1999-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində müxtəlif rəhbər vəzifələrdə işləyib. 2001-ci ildən energetika nazirinin müavini vəzifəsinə təyin edilənə qədər İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.

Tarix
25 Dekabr 2017 [11:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin