Türkiyə vətəndaşları daha 1 il ABŞ-a gedə bilməyəcəklər

18:08 - 20 Dekabr 2017 - DÜNYA

Xəbər verdiyimiz kimi, 8 oktyabrdan etibarən ABŞ və Türkiyə arasında viza müraciətləri qarşılıqlı olaraq dayandırılmış, 8 noyabrda isə məhdud çərçivədə bərpa edilmişdi. Belə ki, hazırda əvvəldən viza alan və müddəti bitməyən şəxsləri ABŞ-a səfər etməsinə icazə verilir.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyi viza müraciətlərinin 2019-cu ilin yanvarından etibarən hər kəs üçün yenidən başlayacağını açıqlayıb.
 

Bu o deməkdir ki, vizası olmayan Türkiyə vətəndaşları daha bir il ABŞ-a gedə bilməyəcəklər.

Xəbər xətti