Xəzər də "silkələndi"

11:35 - 13 Dekabr 2017 - Xəbər

Bu gün səhər saatlarında Xəzər dənizində Rixter cədvəli ilə 3,6 bal gücündə zəlzələ baş verib.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Dərbənd şəhərindən 12 kilometr şərqdə qeydə alınıb.

Təkanların 74 kilometr dərinlikdə baş verdiyi qeyd olunub.
 

Qeyd edək ki, həmin ərazidə ötən həftə də - dekabrın 8-də 3,4 bal gücündə zəlzələ baş vermişdi.

Xəbər xətti