Bakıda voleybolçu qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

00:09 - 13 Dekabr 2017 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Sonra N. Vəkilovun vəkili Namiq Hacıyev vəsatətlə çıxış edərək bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin hadisə günü telefon danışıqları çıxarılaraq məhkəməyə təqdim edilməlidir.
 
Məhkəmə vəsatəti cinayət işi materiallarına əlavə edib.
 
Məhkəmə baxışı dekabrın 19-na təyin edilib.

 
Qeyd edək ki, Qazax rayon sakini Namiq Vəkilov Suraxanı rayonunun Hövsan qəsəbəsində 1963-cü il təvəllüdlü Anjelika Morozovanın başına torba keçirərək, onu boğub qətlə yetirməkdə təqsirləndirilir.
 
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb.
 
Qətlə yetirilən qadının cadugərliklə məşğul olduğu bildirilir. Anjelika Morozova peşəkar voleybolçu kimi tanınıb. 

Xəbər xətti