270 milyon dollarlıq "Dubai Safari" sabahdan açılır

20:05 - 11 Dekabr 2017 - DÜNYA

Dəyəri 1 milyard dirhəm olan (270 milyon dollar) "Dubai Safari" zooparkı çərşənbə axşamı ziyarətçilərə açıq olacaq.
 

Bu barədə Trend Dubay şəhər bələdiyyəsinə istinadən məlumat verir.

Ekoloji təmiz layihə olan heyvanat parkı əsasən Günəş enerjisi ilə işləyir. Zooparkın sahəsi 119 hektardır.

 

İlkin mərhələdə parkda 3500 heyvan yerləşdirilib.

Zoopark "açıq safari" prinsipi ilə tikilib. Burada şəxsi nəqliyyat vasitəsilə gəzintilərin təşkilinə icazə verilir.

Xəbər xətti