Gəncədə avtomobil qadını vurub

11:35 - 10 Dekabr 2017 - HADİSƏ

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Nərgiz adlı qadın yolu keçmək istəyən zaman onu avtomobil vurub. Tüfeyli həyat tərzi sürən qadın aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda keçinib. Qadının təxminən 50-55 yaşı olduğu bildirilir. Hadisə Şəmkir avtovağzalı adlanan ərazidə baş verib. Sürücü ilkin ifadəsində qadını vurmadığını, maşını işə salan zaman məhz qadının qəfil maşına çırpılaraq yerə yıxıldığını bildirib.  Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti