Ana səhifə
22 Avqust 2018

Qurban Qurbanov: Bir neçə dəyişiklik etmək istəyirəm

"Çempionatın son oyunu idi. Çox istəyirdik ki, qalib gələk. Hər şey bizim tərəfimizdə oldu. Uşaqlar qalib gəlmək üçün əllərindən gələni etdilər. Futbolçuları təbrik edirəm. Texniki səhvlərimiz, top itkilərimiz oldu. Ancaq əsas odu ki, 3 xal qazandıq. Samir Əliyevə gələcək oyunlarda uğurlar arzulayıram".
 

Ucnoqta.az  Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov IV turdan təxirə salınmış "Səbail"lə səfər oyunundan sonra mətbuat konfransında deyib.

 

Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb:

 

- Rəşad Sadıqov ilk hissənin ortalarında zədələnsə də, onu ikinci hissədə əvəzlədiniz...

 

- İlk öncə ciddi bir şey görünmürdü. Lakin ikinci hissədə vəziyyətinin nisbətən pisləşdiyini görüb, əvəzləmək qərarına gəldim.

 

- Bu gün mövsümboyu az oynamış oyunçulara şans verdiniz. Bunu onlara verilmiş son şans kimi dəyərləndirmək olar?

 

- Komanda Romadan yorğun qayıtmışdı. Bu, birinci dəfə deyildi. Əvvəllər də belə etmişdik.

 

- Sizcə, yeni oyunçulara ehtiyac var?

- Əvvəlki fikrimdə qalıram. Futbol elə oyundur ki, burada hər şey baş verə bilər. Qışda bir neçə mövqedə dəyişiklik etmək istəyirəm. Danışıq apardığımız oyunçular var.

 

- Bu, o deməkdir ki, bəzi oyunçular göndəriləcək?

 

- Qışda olmasa belə, yayda dəyişikliklər olacaq.

 

- Klubunuzun başqanı Tahir Gözəl "Qarabağ"ın gələcəyi ilə bağlı açıqlamasında yerli oyunçulara daha çox şans veriləcəyini, gəncləşdirmə siyasəti aparılacağını deyib. Bu, sizi narahat etmir?

 

- Düzü, həmin açıqlamanı oxumamışam. Biz həmişə gənclərin heyətə cəlb edilməsinin tərəfində olmuşuq.

 

- Anton Kanibolotskini komandaya nəyə gətirmişdiniz?

 

- Bu sualın cavabı yoxdur. Avropanın ən böyük klublarında da eyni səviyyəli iki qapıçı olur. Çempionat oyunlarına baxsaq, Kanibolotski daha çox oynayıb, nəinki digərləri. Onu komandaya niyə gətirdiyimə gəlincə, eyni səviyyəli qapıçıya ehtiyac var idi. Avrokuboklarda ikinci qapıçı kimi həmişə Kanibolotski olub, Şahruddin Məhəmmədəliyev yox. Şahruddinə çempionatda daha çox şans verməyim isə əsasən, limitlə bağlıdır. Bir də deyirəm: Bu sualın konkret cavabı yoxdur.

Tarix
9 Dekabr 2017 [10:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin