Yolka bəzəyən beş nəfəri "tok vurdu"

19:28 - 8 Dekabr 2017 - DÜNYA

Qvatemalanın Meksika ilə sərhədində yerləşən El-Karmen-Frontera şəhərində Yeni il yolkasının bəzədilməsi faciə ilə nəticələnib.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, ağacın yüksəkgərginlikli naqillərə toxunması nəticəsində beş nəfəri cərəyan vurub.

Onlar hadisə yerində həlak olub. Yerli sakinlərin sözlərinə görə, Yeni il yolkası 20 ildən çoxdur ki, eyni yerdə quraşdırılırmış, amma bu müddət ərzində heç bir problem qeydə alınmayıb.

Xəbər xətti