Nobel laureatlarına mükafatlar 10 dekabrda təqdim olunacaq

22:16 - 7 Dekabr 2017 - Mədəniyyət

Bu il tibb, kimya, fizika, ədəbiyyat və iqtisadiyyat sahələri üzrə Nobel laureatlarına mükafatları 10 dekabrda təqdim olunacaq.

 Modern.az “Posta” qəzetinə istinadən xəbər verir ki, “Nobel” Müzeyini ziyarət edən laureatların ənənə olaraq davam etdirilən və muzeydə saxlanılan qara kürsüləri imzalamalarıyla “Nobel Həftəsi”nə start verilib.
“Gündən Qalanlar” romanı ilə “2017 Nobel Ədəbiyyat Mükafatı”na layiq görülən yapon kökənli ingilis yazar Kazuo İşiquro, İsveç Kral Akamdemiyasında keçirilən mətbuat təqdimatına qatılıb.
 Stokholmda 10 dekabrda İsveç Kralı 16-cı Gustafın da qatılacağı mərasimdə mükafat sahiblərinə 9 milyon İsveç kronu (təqribən1,1 milyon ABŞ dolları) və Nobel medalı veriləcək.

Nobel Sülh Mükafatının sahibinə isə Norveçin paytaxtı Osloda mərasim təşkil olunub.
Xatırladaq ki, Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimləri hər il eyni gündə - bu mükafatların təsisçisi Alfred Nobelin vəfat etdiyi 10 dekabr tarixində keçirilir. Onun vəsiyyətinə görə, bu mərasimlər iki şəhərdə - Stokholmda və Osloda təşkil olunur. Stokholmda fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahəsində mükafatlar təqdim edilir. Nobel Sülh Mükafatı laureatlarının təltif edilməsi mərasimi isə Oslo şəhər ratuşasında təşkil olunur.
 

Xəbər xətti