Ermənistanda hərbçilər qəzaya düşdülər - FOTO

20:28 - 7 Dekabr 2017 - DÜNYA

Ermənistan hərbçiləri qəzaya düşüb.

Modern.az-ın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, qəza Vandzor şəhərində qeydə alınıb.
Məlumata görə, dekabrın 7-də saat 08:30 radələrində Vanadzor-Dilican yolunda 34 TC 371 dövlət nömrə nişanlı Ford markalı avtomobilin sürücsü idarəetməni itirərək elektrik dirəyinə çırpılaraq aşıb.
 
Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Son məlumata görə xəsarət alan sürücü Vanadzor hərbi komissarlığında işləyir, yaralı sərnişin isə hərbi hissələrdən birində şöbə rəisidir. Onlar Vanadzor hərbi hospitalına təxliyyə edilib. Sürücünün vəziyyəti orta ağır, sərnişinin vəziyyətinin isə ağırdır.


Xəbər xətti