Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq

10:09 - 6 Dekabr 2017 - DÜNYA

ABŞ prezidenti Donald Tramp İsrail, İordaniya, Fələstin, Misir və Səudiyyə Ərəbistanı rəhbərləri ilə Qüdsün İsrailin yeni paytaxtı kimi tanınması məsələsini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə "ABC" Ağ Evə istinadən məlumat yayıb.
"Prezident İsrail-Fələstin sülh danışıqlarının irəliləyişi üzrə mövqeyini təsdiq edib və danışıqlara dəstək ehtiyacını qeyd edib. O, həmçinin regionda sülhün saxlanılması üzrə səylərin irəliləyişində hər müttəfiqlə ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Ölkə liderləri həmçinin Qüdslə bağlı potensial qərarları müzakirə ediblər", - deyə Ağ Evin xəbərində bildirilir.

KİV bildirib ki, Tramp Yaxın Şərq ölkələrinin liderlərinə məlumat verib ki, o, çərşənbə günü Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər.

Xəbər xətti