"Atletiko"nun futbolçusu: "Bəlkə də “Qarabağ” bizə kömək edəcək”

16:38 - 5 Dekabr 2017 - İDMAN

"Komandada hər kəs "Çelsi" ilə matçı düşünür. Bütün diqqətimizi bu oyuna yönəltmişik". Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Atletiko"nun futbolçusu Saul Niqes Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Çelsi" ilə oyun öncəsi "Marca"ya deyib.
 
O, Londonda meydana yalnız qələbə üçün çıxacaqlarını bildirin: Başqa nəticə bizi qane edə bilməz. Son vaxtlar yaxşı oynayırıq, komandada qələbə ruhu yenidən formalaşıb. Bunu qorumaq lazımdır. “Çelsi”yə qalib gəlmək vacibdir. Bəlkə də digər oyunda “Qarabağ” bizə kömək edəcək”.

Xəbər xətti