Bərdədə minik avtomibili aşıb, qadın sərnişin ölüb

00:28 - 6 Dekabr 2017 - HADİSƏ

 Bərdə rayonunda ağır yol qəzası baş verib.

Ucnoqta.az "Report"un Qarabağ bürosuna istinadən bildirir ki, hadisə Yevlax-Bəhrəmtəpə yolunun Bərdənin Mehtili kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-21010” markalı avtomobil idarəetməni itirərək bir necə dəfə aşıb. Nəticədə avtomobildə olan sərnişin (hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın) həyatını itirib.

Faktla bağlı polis araşdırma aparılır.

Xəbər xətti