Ana səhifə
19 İyul 2018

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi “İlin adamı” seçilib

 Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman əl-Saud “İlin adamı 2017” seçilib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu, “Time” jurnalı oxucularının online səsverməsi nəticəsində müəyyən olunub.
Səsvermədə iştirak edənlərin 24 faizi ona səs verib.

Səsvermənin nəticələrinə əsasən, iknci yerdə “MeToo” hərəkatı, üçüncü pilləni 5 faiz səslə Amerika futbolunun oyunçusu Kolin Kapernik, ABŞ-ın “Rusiya işi üzrə” xüsusi prokuroru Robert Müller və ABŞ-a valideynlərini qanusuz yolla keçirən gənclərdən ibarət “Xəyalpərəstlər” (“Dreamers”) qrupu bölüşdürüb. 
Siyahıda ABŞ-ın keçmiş dövlət katibi 7-ci, Almaniya kansleri Angela Merkel 11-ci, Fransa Prezidenti Emmanuel Makron 12-ci, Roma Papası 13-cü, Rusiya Prezidenti Vladimir Putin 14-cü, ABŞ Prezidenti Donald Tramp 17-ci, Şimali Koreyanın lideri Kim Çen In isə 27-ci yerdə olub.

Tarix
5 Dekabr 2017 [22:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin