Şəhid qızını vuranın əmisi məşhur restoran yiyəsindən Sərt Açıqlama

16:11 - 4 Dekabr 2017 - ÖLKƏ İÇİ

Noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində Rəhim Rəhimovun idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vuraraq öldürməsi ilə bağlı xəbər vermişdik.Yayılan xəbərdə qadını vuran məşhur iş adamı Məmməd Rəhimovun qardaşı oğlu olan Rəhim Rəhimovun hadisə yerindən qaçdığı, onun 17 yaşı olduğundan sürücülük vəsiqəsinin də olmadığı müəyyən olunmuşdu.

 

Baş verən olayla bağlı Ucnoqta.azsaytı məşhur iş adamı, “Yeganə” restoranının sahibi və qadını vuran Rəhim Rəhimovun əmisi Məmməd Rəhimovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında qardaşı oğlunun hadisə yerindən qaçması xəbərinin yalan olduğunu bildirib.

 

“Mənim qardaşım oğlu hadisə yerindən qaçmayıb.Bəsdirin belə şeylər yazdız.Bu tamamən yalan, uydurma xəbərdir.Bəli, sürücülük vəsiqəsi yoxdur.17 yaşı var.Maşını şoferdən alıb.Vurulan qadın qadağan olunan yerdən keçirmiş, bu da 50-55 sürətlə hərəkət edirmiş, nəticədə qadın qabağına çıxıb, bu da uşaqdır özünü itirib vurub. Daha sonra polislər gəlib, Rəhim deyib ki, buna təcili yardım çağıraq.Onlar kömək olmayıblar. Qadın vurulan vaxt nəfəs alırmış, sonradan vəfat edib.Məndə video görüntülər var, qardaşım oğlu qadını vurduqdan sonra başının üstündə dayanıb.Kömək istəyib ki, təcili yardım çağırın.Hadisə belə olub.Polislər Rəhimi buraxıblar, daha sonra tutub həbs ediblər.Hazırda həbs olunub Kürdəxanıdadır.

 

“Biz istəməzdik belə bir şey olsun, amma baş verib nə etməliyik..Həmin ailədən üzr də istəmişik. Yaslarına kömək də etmişik və yenə də edəcəyik.Onların bizim haqqımızda dedikləri sifarişli yazıdır.Bu dəqiqə kim istəyir onlardan zəng etsin, müsahibə alsın.Əlimizdən nə gəlir etməyə hazırıq.Orda polislər də səhlənkarlıq edib, köməklik etməyiblər.”


Xəbər xətti