Salyanda ev yanıb: 2 azyaşlı ölüb- YENİLƏNİB

10:20 - 3 Dekabr 2017 - HADİSƏ

Salyanın Boranıkənd kəndində baş vermiş yanğın zamanı 2 azyaşlı ölüb. Yanan evdə qalmış ikinci azyaşlının da cəsədi içəridən çıxarılıb. Qeyd edək ki, hadisə Novruz Mübariz oğlu Bəhrəmliyə məxsus evdə baş verib.report **** 09:52 Salyanda yanğın hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Boranıkənd kəndində qeydə alınıb. İlkin məlumata görə, 2 azyaşlı uşaq yanan evdə qalıb. Hələlik azyaşlıların sağ qalıb-qalmamaları barədə məlumat yoxdur.

Xəbər xətti