Hesabat: İsrail həbsxanalarında təxminən 7 min fələstinli saxlanılır

16:54 - 2 Dekabr 2017 - DÜNYA

İsrail hüquq-mühafizə qüvvələri tərəfindən noyabr ayı ərzində Fələstinin işğal olunmuş ərazilərində 450 nəfər saxlanılıb.

 

APA-nın "Anadolu" agenytliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Məhbusları Araşdırma Mərkəzinin hesabatında deyilib.

 

Hesabatda bildirilib ki, saxlanılan fələstinlilərdən 62-si inzibati qaydada həbs olunub.

 

Son məlumata görə, hazırda İsrail həbsxanalarında təxminən 7 min fələstinli, o cümlədən 57 qadın və 300 uşaq var.

Xəbər xətti