Ana səhifə
14 Noyabr 2018

Azərbaycan bal ixracını artırmaq niyyətindədir

Azərbaycan yaxın perspektivdə bal və arıçılıq məhsullarının ixracını artırmağı hədəfləyir.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
"Hazırda dünyada bal istehsalının həcmi 1,5 mln. tondur. Bu rəqəm 10 ilə yaxındır dəyişməz qalır. Lakin hesablamalara görə, 2020-2022-ci illər arasında tələbatın kəskin artacağı, 2-2,5 mln. ton zərurət yaranacağı gözlənilir. Bu tələbatın ödənilməsində bazara çıxış imkanının yaradılmasından biz də istifadə etməliyik", - deyə nazir əlavə edib.

H.Əsədov qeyd edib ki, Azərbaycanda istehsal olunan bal orqanikliyinə görə digər ölkələrdəki baldan fərqlənir. Nazirin sözlərinə görə, keçən il Azərbaycan 6 ton bal satıb və balın qiyməti 8-8,5 min ABŞ dolları/ton təşkil edib: "Azərbaycan balı orqanik olduğuna görə, dünya bazarına çıxış imkanı daha asandır və tələbat var. Dünya bazarında orqanik bala olan tələbat ümumi bal tələbatının 15-20%-ni təşkil edir. Çin, Yaponiya kimi ölkələr orqanik bala daha çox maraq göstərir. Ona görə də bizim bal və məhsullarını qablaşdırdıqdan sonra premium bazarlarda satış üçün böyük perspektivlərimiz var və bunu nəzərə alırıq". 

H.Əsədob bildirib ki, bu istiqamətdə gələcəkdə daha ciddi addımlar atılacaq: "Bunun üçün Nazirlik müxtəlif proqramlar hazırlayıb. Yaxın vaxtlarda arıçılığa dövlət dəstəyinin artırılması ilə bağlı Azərbaycan Prezidentinə, hökümətə təkliflər təqdim olunacaq. Arıçılıq Assosiasiyası ilə də arıçılığın inkişafına dövlət dəstəyi məsələləri müzakirə olunub".

Tarix
1 Dekabr 2017 [21:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin