Rejissorun 10 minlik fotoaparatı oğurlandı

14:39 - 30 Noyabr 2017 - MAQAZİN

Dünya şöhrətli türk rejissor Nuri Bilge Ceylanın 10 min dollarlıq fotoaparatı oğurlanıb. 
 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, rejissorun aparatını oğurlayan şəxs diyarbekirli 16 yaşlı oğlan Ş.Ç.-dir. Diyarbekirdə şəkillər çəkən Ceylan arxadan qəfil ona yaxınlaşan iki oğlandan şübhələnib. Ş.Ç. rejissorun əlindən aparatı alaraq qaçmağa başlayıb.
 
16 yaşlı gəncin daha əvvəl də narkotik maddə satmaq və oğurluq cinayətlərindən tutulduğu məlum olub. Nuri Bilge Ceylan gəncdən şikayətçi olmadığından Ş.Ç. sərbəst buraxılıb. 


Xəbər xətti