Ana səhifə
17 Avqust 2018

Arvadını bıçaqlayıb, 4 yaşlı qızının başını kəsən azərbaycanlıya ömürlük həbs

Polis tərəfindən saxlanıldıqdan sonra Qardaşı törətdiyi cinayəti boynuna almışdı

Rusiyanın Orsk şəhərində birlikdə yaşadığı qadını və 4 yaşlı qızını öldürən Rauf Qardaşova ömürlük həbs cəzası verilib.  Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, 33 yaşlı azərbaycanlı cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Xatırladaq ki, 2016-cı ilin noyabrın 2-də Qardaşovun 35 yaşlı həyat yoldaşı və dörd yaşlı qızının meyiti tapılıb. Qətlə yetirilənlərin meyitini öldürülən qadının anası aşkar edib və polisə bildirib. Qadına 20 bıçaq zərbəsi vurulmuş, qızın isə boğazı kəsilmişdi.
Polis tərəfindən saxlanıldıqdan sonra Qardaşı törətdiyi cinayəti boynuna almışdı. Onun sözlərinə əsasən, barışmaq üçün evə qayıdıb, lakin sonradan qısqanclıq zəminində yoldaşını bıçaqlayıb. 4 yaşlı qızının qonşu otaqdan çıxdığını görən Qardaşov onu da öldürmək qərarına gəlib. O bildirib ki, qızının uşaq evinə göndərilməsini istəməyib.

Tarix
30 Noyabr 2017 [11:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin