Sumqayıtda yanğın - 14 nəfər təxliyyə edildi

11:00 - 30 Noyabr 2017 - HADİSƏ

Sumqayıtda yanğın baş verib.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, şəhərində ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin 1 otağının döşəməsi 6 m2 sahədə və divar kağızı 4 m2 sahədə yanıb.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən sönsürülüb.

 

Xəbər xətti