Ana səhifə
17 İyul 2018

Azərbaycan və İran arasında neft-qaz sektorunda tərəfdaşlıq genişləndirilə bilər

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zəmaniniya və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

“Report” bu barədə SOCAR-a istinadən xəbər verir. 
Məlumata görə, görüşdə SOCAR-ın prezidenti R.Abdullayev son zamanlar Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrində münasibətlərin daha da genişləndiyini, xüsusilə iki ölkənin neft-qaz sektoruna daxil olan şirkətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoqun intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edib. SOCAR-ın İran şirkətləri ilə əlaqələrindən danışan R.Abdullayev mövcud tərəfdaşlıq münasibətlərindən söz açıb, genişlənmə imkanlarını vurğulayıb. 

Ə.Zəmaniniya isı öiki ölkə arasında iqtisadi sahələrdə, o cümlədən, enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu bildirib, neft-qaz sənayesində əməkdaşlığın qonşu ölkələrdə inkişafa daha böyük töhfələr verəcəyinə əminliyini qeyd edib. Planlaşdırılan əməkdaşlıq layihələri sayəsində yaxın perspektivdə İranda neft və qaz hasilatının artırılacağını diqqətə çatdıran nazir müavini, SOCAR-ın qlobal layihələrdə böyük təcrübəsi olan beynəlxalq şirkət kimi həmin müştərək layihələrdə iştirakında maraqlı olduqlarını vurğulayıb.
Görüşdə Azərbaycan və İran arasında neft-qaz sektorunda, o cümlədən İran körfəzində və Xəzər dənizində də, tərəfdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə edilib.
Xatırladaq ki, İranın NICO şirkəti hazırda “Şahdəniz” (10%) və Cənubi Qafqaz Qaz Boru Kəməri (10%) layihələrinin iştirakçısıdır. Eyni zamanda SOCAR-ın “Nanotexnologiyalar” Departamenti, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və İranın Ofşor Neft Şirkəti arasında 2015-ci ildə üçtərəfli əməkdaşlıq protokolu imzalanıb.

Tarix
29 Noyabr 2017 [16:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin