Ana səhifə
22 Sentyabr 2018

Kürəkçay-Dəliməmmədli dəmir yolu xətti əsaslı təmir olunur

Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Kürəkçay-Dəliməmmədli mənzilində 11,5 km yolun təmirinə start verilib.


“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, təmir işləri fasiləli olmaqla 2 həftə davam edəcək və dekabr ayının ortalarında başa çatdırılacaq.
Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 417 km dəmir yolu əsaslı təmir olunub. 

Tarix
29 Noyabr 2017 [14:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin