Səfir: "Azərbaycan enerji və nəqliyyat sahəsində regionda ən böyük tərəfdaşımızdır

00:41 - 29 Noyabr 2017 - İQTİSADİYYAT

Bu gün Bakıda Rumıniyanın müstəqillik günü ilə bağlı qəbul keçirilib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku Azərbaycanın ölkəsinin regionda yeganə strateji tərəfdaşı olduğunu bildirib.    Səfir bildirib ki, bu gün Rumıniya ilə Azərbaycan güclü dostluq əlaqələri ilə bir-birinə bağlıdır: "Azərbaycan Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşımız, enerji və nəqliyyat sahəsində regionda ən böyük tərəfdaşımızdır. Biz mükəmməl siyasi dialoq, artan iqtisadi əməkdaşlıq və insanlararası əlaqələrdən məmnunuq".   Xarici işlər nazirinin müavini Xələf Xələfov isə bildirib ki, 25 il ərzində Azərbaycan-Rumıniya münasibətləri hərtərəfli inkişaf edib: "Münasibətimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Əməkdaşlığımız bütün sahələrdə inkişaf edir və biz bu əlaqələrin səviyyəsindən məmnunuq. İki ölkə arasında iqtisadi komissiya fəaliyyət göstərir və bu komissiya iqtisadi əlaqələrin inkişafına təkan verir. 2018-ci ildə hökumətlərarası komissiyanın 5-ci iclası olacaq. Bu da iqtisadi sahədə əlaqələrin daha da genişlənməsinə təkan verəcək. Rumıniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair ölkəmizin mövqeyini ədalətli şəkildə dəstəkləyir. Enerji sahəsində də əlaqələrimiz genişlənir".   Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov isə bildirib ki, Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın iclası 2018-ci ilin yanvarında keçiriləcək.

Xəbər xətti